"Qarabağa gəlməmişdən öncə Vardanyan Ukraynaya görə sanksiya altında idi" - AÇIQLAMA

 18:29 27.09.2023     606

"Ruben Vardanyan həbs edildi. Yəqin ki, tezliklə erməni lobbisinin təsiri altında olan bir sıra beynəlxalq təşkilatlar onun “müdafiəsinə” qalxacaqlar. Amma bu şəxs kimdir? Onun Qarabağda törətdikləri cinayətlərinin bir hissəsidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Qarabağdakı separatçıların liderlərindən olan rusiyalı iş adamı Ruben Vardanyanın bu gün Azərbaycan sərhədçiləri tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilməsindən danışarkən bildirib.

Millət vəkili qeyd edib ki, Qarabağa gəlməmişdən öncə Vardanyan sanksiya altında idi.

“Müharibə və Sanksiyalar” databazasında onun haqqında məlumat: “Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərin maddi (nəqliyyat, logistika və digər) dəstəyi ilə məşğul olan magistral şirkətin top meneceri”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Cinayət isə heç zaman cəzasız qalmamalıdır. Qarabağda cinayət törədənlərin siyahısı isə heç də Vardanyan ilə tamamlanmır", - deyə V.Bayramov vurğulayıb.

T.İSMAYIL