DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirildi

 20:26 27.09.2023     308

27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.

Bu barədə Redaktor.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.

222
Vumart və Güvən reklamı Vumart Güvən