Minadan zərərçəkənlərlə bağlı sənədli film çəkildi

 17:18 25.09.2023     105

Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ictimai birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gözəgörünməz düşmən” sənədli filminin çəkilişləri və montajı başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə qaziler.az saytına layinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə 2 ay davam edən layi zamanı əvvəlcədən müəyyənləşdirlimiş minadan zərərçəkənlər, bu sahədə tanınmış ekspertlərin iştirakı ilə “Gözəgörünməz düşmən” sənədli filmi çəkilib. Bu günlərdə film ictimaiyyətə təqdim ediləcək.

R.Kərimoğlu layihənin məqsədlərindən danışarkən deyib: “Mina bəşəri qlobal problemlərdən biri olub Qarabağa qayıdışla bağlı planları ləngidir. Hansı ki, bu istiqamətdə də Azərbaycan dövləti, ANAMA, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası və müxtəlif dövlət qürumları tərəfindən, o cümlədən  aidiyyəti üzrə QHT-lər tərəfindən çağırışlar edilmiş, bəyanatlar səsləndirilmişdir. Hazırki dövrdə indiyə qədər olan fəaliyyətlərə baxmayaraq bu problemin işıqlandırılmasına ehtiyac vardır. Bununla dünyada ən çox minadan çirklənən ərazilərdən biri Azərbaycanın Qarabağ iqtisadi zonası olmasına ekspertlerin dili ilə ictimaiyyəti diqqətini cəlb etmək istəyirik. Bu səbəbdən də belə bir filmin çəklişini təklif etdik. Çox sağ olsun Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi. Layihə təklifimizə müsbət yanaşdı.”