Qarabağdakı separatçı rejim özünü buraxdığını ELAN ETDİ

 10:29 28.09.2023     781

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Redaktor.az xəbər verir ki, separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.

“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, - deyə məlumatda qeyd olunub.