Qondarma rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana TƏSLİM OLUR

 10:47 28.09.2023     411

Qarabağ bölgəsindəki separatçıların keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmaq üçün Şuşaya yollanıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

D.Babayan bildirib ki, Azərbaycan onun istintaqla bağlı Bakıya gəlməsini tələb edib: “Mən bu gün Xankəndidən Şuşaya getməyi qərara almışam”.