Tibbi xidmətlərin sayı 3 315-ə çatdı

 11:45 28.09.2023     311

"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib".

Redaktor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb".

Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək".