Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoydu

 14:46 28.09.2023     264

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Redaktor.az xəbər verir ki, sonra dövlətimizin başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.