"Xankəndidə idarəçilik Azərbaycan bayrağı altında olacaq" - Deputat

 18:10 28.09.2023     288

"Qondarma qurumun rəhbəri Şahramanyan belə bir bəyanatla çıxış edib ki, yanvar ayının biri 2024-cü ilə qədər ümumiyyətlə, burada öz funksiyalarını dayandırırlar və belə bir qurum yoxdur və özlərinin yaratdığı dövlət qurumları öz səlahiyyətlərini dayandırırlar, imtina edirlər".

Bu sözləri Qarabdağı qondarma rejimin özünü buraxmsı haqqında Redaktor.az-a danışan Miili Məclisin deputatı Arzu Nağıyev söylədi.

O, söylədi ki, onların dedikləri vaxt o qədər də önəmli deyil:

"Çünki bu gün Azərbaycan dövlətinin diktəsi ilə problemləri özümüz həll edirik. Əsas məsələ odur ki, Xankəndidə idarəçilik birmənalı şəkildə Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyasına uyğun olaraq fəaliyyətə başlayacaqdır. Bununla yanaşı, sülhməramlı qüvvələr təbii ki, istər silahların təhvil verməsində, eyni zamanda qeyri-qanuni hərbçilərin ərazidən çıxarılmasında Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərəcəklər. Bilirsiniz, orada bir neçə kateqoriya ermənilər vardı, biri doğrudan da separatçı qurumlar, ikincisi, vaxtilə gəlib müxtəlif terror təşkilatlarının üzvü olaraq Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərənlər, üçüncüsü, Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycan bayrağının altında yaşamaq istəyənlər, yəni müxtəlif kateqoriyalı insanlar var. Gələcəkdə də onların vətəndaşlıq məsələsi, müraciəti də təbii ki, nəzərə alınacaqdır. Lakin əsas məsələ odur ki, birmənalı şəkildə iki görüşdən sonra həm silahların təhvil verilməsi, həm qeyri-qanuni hərbçilərin, qanunsuz hərbi qurumların ləğv edilməsi, bu və ya digər şəkildə bu məsələlər həll olunur. Əsas məsələ də reinteqrasiya üçün orada qalan sakinlər üçün sosial məsələlərin həllidir və bu istiqamətdə də addımlar atılır. Onların hansı bəyanatı verməyi onların öz işidir. Lakin fakt budur ki, artıq onlar bəyanat verdilər və Azərbaycan da bütün qanunlarımıza uyğun olaraq bu məsələnin həllində birmənalı şəkildə maraqlıdır və bu məsələ həll olunacaq".

Humay İSGƏNDƏRLİ