Qrızdəhnə kənd sakinlərini “Açıq mikrofon” gətirək tək səbəb

 21:05 28.09.2023     308

Qrızdəhnə kənd sakinlərini “Açıq mikrofon” gətirək tək səbəb

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir. Aksiya çərçivəsində növbəti “Səyyar qəbul otağı” Quba rayonunun Qrızdəhnə kəndində təşkil olunub. Aksiyaya qatılan sakinlərin bir istəyi olub ki, bu da adıçəkilən kəndin təbii qazla təchiz edilməsidir. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən kənd və yaşayış yerlərinin qazlaşdırılması barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkə ərazisində bu proses plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir və Qrızdəhnə kəndi də yaxın gələcəkdə mavi yanacaqla təmin ediləcək.

22