İrəvan Qarabağdan Ermənistana 78 mindən çox erməni köçdüyünü açıqladı

 23:58 28.09.2023     534

Saat 22:00-a Qarabağdan Ermənistana 78 mindən çox məcburi köçkün gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

“Saat 22:00-a olan vəziyyətə əsasən, "Dağlıq Qarabağ"dan Ermənistana 78 354 məcburi köçkün soydaşımız daxil olub”, – o, feysbukda yazıb.

T.İSMAYIL