Gələn il Qarabağda və Şərqi Zəngəzurda 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq

 13:42 29.09.2023     214

Gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.

"Paralel olaraq həmin ərazilərdə mütəşəkkil şəkildə müasir nəqliyyat və digər infrastrukturlar, məşğulluq imkanları yaradılır, sülh və əmin-amanlıq bərqərar olur", - deyə sədr qeyd edib.