CƏSURLAR ÖLMƏYİR!

 14:11 29.09.2023     472

İnanmaq istəmirəm. Amma ölüm haqdır. Nə qədər ki, doğum var, ölüm qaçılmazdır. Heç kim bu dünyadan sağ çıxmır.
İnsan beşikdən qəbrə kimi nəyisə öyrənir, bilim alır. İnsanın son dərsi ölüm dərsidir. 

Daha əvvəl bu hadisəni bilməyən və görməyən insan ölümün nə olacağını öyrənir, bilə-bilə bu dünyadan köçür. Bu, həyatın şəfqətsiz qanunudur. 
Halbuki, həqiqətən cəsur və mərd insan cismən ölsə də, onun mərdliyi, şücaəti və cəsarəti yaşayacaqdır.
Cəsur və mərd insan bir dəfə ölür, amma zaman axırınadək insanların qəlbində yaşayır. 
Ancaq qorxaqlar hər gün ölürlər. 
Qorxaqların həm bu dünyası, həm də o biri dünyası cəhənnəmdir.

Mən gənc olanda babamdan bu ifadəni çox eşitmişdim, amma nə olduğunu başa düşmürdüm.
İnsan yaşadıqca həyatın sirrini, mənasını anlayır, öyrənir.
Hayatta gördüyüm insanların kimisi diri olsa da, meyit kimi leş olduğunu kəşf etmişəm, kimisi ölmüş, bu dünyada hayatta olmasa da, amma insanların xatirəsində yaşayan insanlari bildim və anladım.

Cəsarətli, cürətli və mərdlər insanların qəlbində yaşayır, onlar ölməzlər, yaşayacaqlar. Onların həyatı və əməlləri haqqında şeirlər, hekayələr, dastanlar, nağıllar danışılır, həyatından nümunə götürürlər və minlərlə cəsarətli insan peyda olması için vəsilə olurlar. 

Qənirə Paşayeva hayatımda tanıdığım və bildiyim ən cəsur və cürətli insanlardan biri idi.

Qənirə xanım, öz vətəni Azərbaycani çox sevən vətənpərvər olsada, Özbəkistan haqqında kitablar və şeirlər yazan, Özbəkistanı çox sevən Azərbaycanın cəsarətli qizi idi.
Özbəkistanı aşırı dərəcədə və mükəmməl şəkildə çox sevirdi, Vətənim deyirdi və buna haqqı da vardı. Özbəkistanda Qənirə xanımın müxlisləri çoxdu. Onlar bu an çox iztirabda və qayğıya batmış durumda.

Qənirə xanım, Azərbaycanın ən səlahiyyətli və cəsarətli qızı kimi tarixdə yazılaraq bu dünyadan əbədi dünyaya səyahət edib. Ruhu cənnətdə şad olsun. Allah rəhmət eləsin!
Bacım, hələlik.
Görüşənədək...

Şöhrət BARLAS,

Özbəkistanlı jurnalist