Azərbaycan polisi Xankəndidə

 15:35 29.09.2023     533

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələrində təmizləmə işləri aparan Azərbaycan Ordusu və polisi addım-addım dairəni qapadır.

Redaktor.az x
əbər verir ki, bu gün Azərbaycan polisi Qarabağdakı məşhur “Biz və bizim dağlar” adlı abidənin yaxınlığında görüntülənib.

Qeyd edək ki, adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.

Ermənilər “Biz və bizim dağlar” abidəsini qondarma “Dağlıq Qarabağ Respublikası”nın simvolu kimi təqdim edir, ondan öz siyasi məqsədləri üçün yararlanırdılar. Separatçılar “Nənə və baba” adlandırdıqları abidə ilə subut etməyə çalışırdılar ki, guya bu torpaqlar əzəldən onlara məxsus olub.

Artıq “Biz və bizim dağlar”ın başının üstünü alan qara bulud çəkilib və o da azaddır (modern.az).