Bu il 7 min vətəndaş azad edilmiş rayonlara köçəcək

 16:17 29.09.2023     166

I Qayıdış Dövlət Proqramı çərçivəsində 500-dən artıq ailə azad edilmiş ərazilərin müxtəlif rayonlarına köçürülüb.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan şəhərində keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumunda" deyib.

O bildirib ki, bu ilin sonuna 7 min nəfərə yaxın vətəndaş işğaldan azad edilmiş rayonlara köçə biləcək.