İki kəndi əhatə edən qaz təchizatı ilə bağlı müraciətlər “Açıq mikrofon”da - FOTO

 17:19 29.09.2023     345

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Xızı rayonunda təşkil olunub. Baxışlı kəndində keçirilən aksiyada Bəyəhmədyurdu kəndinin sakinlərinin də müraciətlərinə baxılıb.

Adıçəkilən kənddən qatılan sakinlər kəndin qazlaşdırılmasını xahiş etdikləri halda, Baxışlı camaatının istəkləri fərqli olub. Təbii qazla təchiz edilmiş Baxışlı kəndinin mikrofon önünə çıxan sakinləri fərdi yaşayış evinin qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi istəklərlə çıxış ediblər. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatlar aparıblar .

22