Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

 09:01 30.09.2023     490

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.i

Bildirilib ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.