Şuşanın mərkəzi küçəsinin təhvil veriləcəyi vaxt açıqlandı

 11:17 30.09.2023     367

Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil veriləcək.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Şuşa tarixi qoruq statusu daşıyır deyə, orada inşa ediləcək yaşayış evlərində də hiss ediləcək. Şuşada yaşayış sahələrində böyük həcmli yaşıllıq ərazilər olacaq", - o deyib. (apa)