Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq - İlqar İsbatov

 12:39 01.10.2023     349

Xocalıda mövcud vəziyyət təhlil edildikdən və öyrənildikdən sonra şəhərin planı hazırlanacaq.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xocalıya ilkin baxışın və dəyərləndirmənin həyata keçirilməsi üçün Komitə tərəfindən müvafiq qrup göndəriləcək.

“Hazırda bununla bağlı hazırlıq işləri gedir. Sözsüz ki, digər şəhərlərdə olduğu kimi burada da əvvəlcə mövcud vəziyyət öyrənilməlidir. Daha sonra şəhərin planının hazırlanması üzrə işlərə başlamaq olar”, – deyə sədr müavini əlavə edib (report).