Qadın prokurorların sayı açıqlandı

 11:38 02.10.2023     277

Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir.

Redaktor.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev məlumat verib.

Baş prokuror bildirib ki, qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır:

“Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir”.