Xocalıda narkotik plantasiyası aşkarlandı - FOTO

 14:36 02.10.2023     188

Xocalı ərazisində 100 hektarlıq ərazidə xüsusi qulluq edilməklə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.

Redaktor.az Azərtac-a istinadən xəbər verir ki, narkotik plantasiyası Xocalı hava limanının yaxınlığında yerləşir.

Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədirlər.