Azərbaycanın 2-ci müşahidə peykini bu ölkə istehsal edəcək

 16:17 02.10.2023     263

Azərbaycanın 2-ci müşahidə peykini, AzerSky2-ni istehsal edəcək ölkə və şirkət bəlli olub.

Redaktor.az xəbər verir ki, bu gün 74-cü Beynəxlalq Astronavtika Konkresi çərçivəsində “Azərkosmos” və İsrailin "İsrael Aerospace Industries" şirkəti arasında anlaşma imzalanıb.

Xatırladaq ki, əvvəllər Azərbaycan və İsrail arasında müəyyən mzakirələrin getdiyi barədə məlumatlar yayılsa da, “Azərkosmos” rəhbərliyi bunu təsdiqləməmişdi.

Beləliklə, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən AzerSky2 müşahidə peykini bu sahədə daha üstün trexnologiyalara malik olan "İsrael Aerospace Industries" şirkəti istehsal edəcək.

İnformasita texnologiyaları üzrə ekspert Osman Gündüz düşünür ki, bu, çox doğru və məntiqli addımdır .

“İnanıanm ki, hərbi sahədə olan əməkdaşlığımızın kosmos texnologiyaları sahəsində də davam etdirilməsi Azərbaycannın milli və strateji maraqlarına uyğundur”.

Xatırladaq ki, AzerSky1 peykini Fransanın "Airbus Defence and Space" şirkəti hazırlamışdı.