Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq - Rəsmi Bakı

 16:32 02.10.2023     794

Qarabağda erməni sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Qeyd edilib ki, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunacaq.

Bundan başqa erməni dilinin istifadəsinə imkan yaradılacaq.

Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.