Rəsulzadənin nəvəsinin son durumu açıqlandı

 11:56 03.10.2023     454

Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

KTM-dən Redaktor.az-a verilən məlumata görə, o, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.

Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.