Həmkarından Zahid Orucun təkilfinə DƏSTƏK

 13:08 03.10.2023     658

Dünən deputat Zahid Oruc Milli Məclisin payız sessiyasının ilk plenar iclasında bildirib ki, 20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər.

Millət vəkili qeyd edib ki, 1 günlük döyüşlər - 20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır, onu tamamlayaraq 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər.

Təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd etdi ki, bu fikri o da dəstəkləyir.

"Onun çox ciddi əsasları var. 2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etdik, amma bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etmək məsələsi qalırdı. 2023-cü il sentyabr ayın 19-u, 20-də lokal xarakterli antiterror tədbirlərini biz həyata keçirdik. 24 saatdan az sürən bir zaman kəsiyində biz separatçı rejimi tam kapitulyasiyaya uğratdıq. Onlar məğlub olduqlarını bildirdilər və artıq sentyabr ayının 28-də də separatçı rejim süqutunu elan etdi, özünü buraxdığını bildirdi. Yəni mahiyyət etibarilə sentyabr ayının 20-də biz ərazilərimiz boyunca suverenliyimizi təmin edərək ərazi bütövlüyümüzü təmin etdik. Bu baxımdan bu bütövləşmə baş verdi. Ölkə Prezidenti də bunu vurğuladı ki, biz ərazi bütövlüyümüzü təmin etdik. Təbii ki, bu tarix olduqca vacib tarixdir. Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir",- deyə illət vəkili vurğuladı.

Həmidə İBRAHİMLİ