Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı
Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Nobel Komitəsi açıqlama yayıb.
Bildirilib ki, Fransa-ABŞ vətəndaşı Pyer Aqostini, Macarıstan-Avstriya vətəndaşı Ferents Krauz və fransalı Ann L-Yulye mükafata layiq görülüblər.
Onlar elektronların və işığın təbiətinin öyrənilməsinə görə Nobel mükafatı laureatı olublar.