Xoşbəxt Yusifzadənin dəfn olunacağı yer bilindi

 11:02 04.10.2023     306

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq.

Redaktor.az xəbər verir ki, akademiklə vida mərasimi isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutacaq.

Xatırladaq ki, SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib.