“Azəriqaz” bu tarixdə media və QHT nümayəndələri ilə görüşəcək

 16:47 05.10.2023     501

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 06 oktyabr saat 11:00-da başlayacaq. Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.