Müharibə veteranları ilə görüş keçirilib - VİDEO

 19:36 05.10.2023     328

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Redaktor.az xəbər verir ki, tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb.

Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib.

Daha sonra çıxış edən müharibə veteranları  - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.