"Bu Azərbaycana qarşı qəbul edilmiş ilk sənəd deyil" - Deputat

 11:23 06.10.2023     218

"Bu qətnamə fransalı deputatların etirazı ilə müzakirəyə çıxarılmışdır. Bu Azərbaycana qarşı qəbul edilmiş ilk sənəd deyil".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

“Erməni lobbisi və onun ətrafındakıların planı darmadağan olanda belə qətnamələr qəbul edirlər. Sadəcə bu qətnamənin qəbul olunması onların iç üzünü tam açmışdır. Bu qətnamə Azərbaycana qarşı nifrətdən irəli gəlir. Qətnamənin qəbulu həmin qüvvələrin gücsüzlüyünü gösətərir”.

Humay İSGƏNDƏRLİ