"Avropa Parlamenti, Fransa, Almaniya sülh prosesinə israrla burunlarını soxmaq istəyirlər” - Bəhruz Məhərrəmov

 11:45 06.10.2023     598

"Bu gün Qafqaz sülhə Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

“Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər”.

Humay İSGƏNDƏRLİ