Serbiya parlamentinin sədri Milli Məclisin iclasını izləyir

 13:01 06.10.2023     217

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.

Redaktor.az xəbər verir ki, qonaqlar Milli Məclisin bu gün keçirilən plenar iclasında iştirak edib, qanun layihələrinin müzakirəsini dinləyirlər.

Humay İSGƏNDƏRLİ