Bakıda daha bir yerdə yol hərəkət təhlükəsizliyi səviyyəsi artırıldı

 14:55 06.10.2023     221

Bakının Sabunçu rayonunda Abşeron küçəsi ilə Musa Nağıyev küçəsinin kəsişməsində nizamlanan yolayrıcı təşkil edilərək yol hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

Redaktor.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görülən işlər çərçivəsində ərazidə işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib, piyada və nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi artırılıb.