Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə

 19:11 07.10.2023     412

Oktyabrın 8-də əsasən gecə və səhər saatlarında dağlıq rayonlarda magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.