Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

 15:44 08.10.2023     261

Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 9-da əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı ehtimalı var.