“Qarabağ qaziləri” birliyi yeni layihənin icrasına başladı

 17:55 19.07.2023     31

Qarabağ qaziləri ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsinin icrasını başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verir. Onun sözlərinə görə, bu il iyulun 1-dən başlayan, 3 ay davam edəcək layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaqdır.

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradılıb. Artıq müxtəlif istiqamətlər üzrə xeyli müraciətlər var.”- deyə, A.Əliyev bildirib.

O, qeyd edib ki, layihə bitəndən sonra qaldırılmış bir çox problemlər və onların həlli üçün müvafiq dövlət qrumlarına müraciət olunacaq.