“Qarabağ qaziləri” birliyinin layihəsi başa çatdı - FOTO

 11:05 09.10.2023     268

Qarabağ qaziləri  ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsinin icrasını başa çatdırıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verib. Onun sözlərinə görə, bu il  iyulun 1-dən başlayan, 3 ay davam edən layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaqdır.

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradılıb. Artıq müxtəlif istiqamətlər üzrə xeyli müraciətlər var. Əsasən sağlamlıq, əlillik təyinatı, iş, təhsillə bağlı problemlər çoxluq təşkil edir. Müraciət edənlər arasında hüquq-mühafizə orqanlarından, məhkəmədən narazılıq edənlər də var. Ümumilikdi yazılı və şifahi 200 dən çox müraciət daxil oldu. Onların əksəriyyəti həll olundu. Biz layihənin hüquqşünası Mobil Vəkilovun köməkliyi ilə bu problemlərin həllinə çalışdıq. Bu layihəyə dəstək verdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımızı bildiririk. ”- deyə, A.Əliyev bildirib.

Layihənin başa çatması ilə bağlı təşkilatın ofisində böyük tədbir keçirilib.

O, qeyd edib ki, layihə bitəndən sonra qaldırılmış bir çox problemlər və onların həlli üçün müvafiq dövlət qurumlarına müraciət olunacaq.