AZAL-ın İsrailə gedən və ya qayıdan sərnişinləri biletləri cəriməsiz qaytara bilər

 14:00 09.10.2023     319

AZAL aviaşirkətinin İsrailə gedən və ya İsraildən gələn reyslərinin sərnişinlərinə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.

AZAL-dan Redaktor.az-a verilən məlumata görə, İsraildə mövcud fövqəladə vəziyyət səbəbindən aviaşirkətin xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə qeyd olunan icazələr verilir.