"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü Samuxda keçiriləcək

 16:39 09.10.2023     269

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq. Aksiya Qarayeri qəsəbəsində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 11-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.