Külək gücləndi, Xəzərdə dalğanın hündürlüyü 3 metrə ÇATDI

 19:00 09.10.2023     263

Oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.