Xankəndidə tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir

 19:10 09.10.2023     250

Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

TƏBİB-dən Redaktor.az-a bildirilib ki, oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.