Gəncə sakinləri problemlərini "Açıq mikrofon"a danışdılar

 22:37 09.10.2023     405

Gəncə şəhərinin Gülüstan qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı"nda ən çox səslənən müraciət fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.

Redaktor.az xəbər verir ki, vətəndaşlara SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməli olduğu barədə məlumat verilib. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Müraciətlərin digər bir qismi isə qaz xəttinin yerinin dəyişdirilməsi və sayğacın yenisi ilə əvəzlənməsindən ibarət olub. Ünvanlanan müraciətlər qeydə alındıqdan sonra problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

2222