Güclü külək fəsadlar törətməkdə davam edir: Sumqayıtda irigövdəli ağacları aşırdı
Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib, iri gövdəli ağacları aşırıb.
Redaktor.az xəbər verir ki, güclü küləyin təsirindən şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda 14 və 42-ci məhəllələrində, Lüdviqşafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb. Ağaclardan biri həyətdə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb.(Report)