Parlament İlham Əliyevlə bağlı bəyanat qəbul edəcək

 19:00 10.10.2023     325

Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edəcək.

Redaktor.az xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan xüsusi iclasının gündəliyinə salınıb.

Belə ki, İlham Heydər oğlu Əliyevin Azərbaycanın Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclis bəyanat qəbul edəcək.