Hakan Fidan Şuşaya avtomobili özü sürdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak edib.
Redaktor.az xəbər verir ki, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.
Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.