Boşanmalar artdı, nikahlar azaldı
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33 836 nikah və 14 544 boşanma halları qeydə alınıb.
Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.