"Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik dövr kimi daxil olub" - Sahibə Qafarova

 11:11 12.10.2023     325

Prezident İlham Əliyev həyata keçirdiyi işlərlə xalqımızın dərin hörmət və inamını qazanıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.

O qeyd edib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli dövr kimi daxil olub.

"İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulub. Həyata keçirilən infrastruktur layihələri nəticəsində ölkəmiz nəqliyyat dəhlizinə çevrilib".

"Azərbaycanda istehsal olunan ÜDM 3,6 dəfə artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz və qürurverici qələbələr əldə edib" - deyə Sahibə Qafarova əlavə edib.

Humay İSGƏNDƏRLİ