"Azərbaycan dünyada iqtisadi möcüzələr yaradır" - Kamilə Əliyeva

 11:34 12.10.2023     258

Prezident ölkə başçısı prezident seçiləndə demişdi ki, Azərbaycanı dünyanı ən qüdrətli dövlətinə çevirmək üçün var-güclə çalışacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Kamilə Əliyeva deyib.

O söylədi ki, cənab prezident Azərbaycanı dünyanın ən qüdrətli dövləti etmək üçün var-güclə çalışdı:

“Ölkə başçısının böyüklüyü həm də ondandır ki, hər bir vətəndaş üçün əlçatandır. Bu ölkə başçısının xalqını nə qədər sevməsinə nümunədir. Prezidentimiz milli və müqəddəs amallar naminə xalqı ətrafında birləşdirə bildi. Məhz Prezidentimizin  dövründə yetişən gənclər torpaq, vətən uğrunda silaha sarılaraq vuruşdu. Bu gün dünyanın siyasi xadimləri İlham Əliyevin dünyanın nüfuzlu siyasi xadimlərindən biri kimi bilirlər. Prezdentin gördüyü bütün işlər xalqının sabahını daha xoş etmək məqsədi daşıyır. Siyasi sahədə olduğu kimi iqtisadi sahədə də Azərbaycanın nüfuzu artır. Azərbaycan dünyada iqtisadi möcüzələr yaradan ölkə kimi tanınır”.

Humay İSGƏNDƏRLİ