"Bu gün 51 aktiv separatizm ocağı var" - Elşad Mirbəşiroğlu

 11:47 12.10.2023     257

Ölkə prezidentinin fəaliyyəti haqqında danışmaq çətindir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən xüsusi iclasında depuat Elşad Mirbəşiroğlu söyləyib.

Onun sözlərinə görə, çünki prezidentin fəaliyyətini qısa şəkildə danışmaq çox çətindir:

“Cənab İlham Əliyev sözün həqiqi mənasında inqilab etdi. Cənubi Qafqaz onun sayəsində Avropaya açılan qapıdır. 20-ci əsrin və 21-ci əsrin əvvəllərinə diqqət etsək, 52 separatizm ocağı aktiv idi. Bu gün isə artıq 51 aktiv separatizm ocağı var. Separatizm ocaqları dünyada qurunun 8,5 hissəsini təşkil edir.  Azərbaycan prezidenti 2020-ci ilə qədər siyasi arenada, 2020-ci ildə isə döyüş meydanında Azərbaycanı azad etdi”.

Humay İSGƏNDƏRLİ