Azərbaycan 20 ildə 100 illərə bərabər inkişaf dövrü yaşadı - İqbal Məmmədov

 12:25 12.10.2023     257

Azərbaycan xalqı xoşbəxtdir ki, onun istək və arzularını yerinə yetirən dövlət başçısı var.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən xüsusi iclasında depuat İqbal Məmmədov deyib.

O bildirdi ki, Cənab prezident nadir liderlərdəndir ki, xalqın görmək istədiyi klassik və müasir dövrün liderlərinin cəhətlərini özündə birləşdirə bilir.

“İstər Azərbaycan cəmiyyəti, istər dünya cəmiyyəti bunu 44 günlük vətən savaşında gördü. Bu 20 ildə Azərbaycan 100 illərə bərabər inkişaf dövrü yaşadı desək yanılmarıq. Mübaliğəsiz demək olar ki, Azərbaycan yenidən qurulub. Ölkə cəmiyyətindən daim dəstək alan İlham Əliyev xalqımızın alternativsiz lideridir”.

Humay İSGƏNDƏRLİ