Deputat Razi Nurullayev Prezident İlham Əliyevlə bağlı film çəkilməsini TƏKLİF ETDİ
Parlamentdə prezidentlə bağlı film çəkilməsi təklif edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Razi Nurullayev təklif irəli sürüb.
Deputat dedi ki, prezidentin siyasəti üçün ayrıca fakültə lazımdır:
“Konkret sənədli filmlər, kinolar çəkmək, kitablar yazmaq lazımdır. Çox təəssüflə qeyd edirəm ki, yazılan kitablar bir-binin təkrarıdır. Kinolar çəkilməsi ilə bağlı fikirlər irəli sürülüb. Ssenarilər ortaya qoyulsa yəqin ki, vəsait ayrılar”.
Humay İSGƏNDƏRLİ